Tarix — mənbələr üzrə insanın meydana gəlməsi və inkişafını, müxtəlif xalqların ən qədim zamanlardan bizim dövrümüzədək necə yaşamaları, onların həyatlarında hansı hadisələrin baş verməsi, insan cəmiyyətlərinin həyatı necə və niyə dəyişib indi mövcud olduğu hala düşməsini öyrənən elmdir.
Qədimdən bəri tarixçilər, mütəfəkkirlər bu sual ətrafında düşünüb mülahizələr yürütmüş, məsələyə müxtəlif aspektlərdən yanaşaraq cavab verməyə çalışmışdılar. Bu suala “tarix keçmişin elmidir” kimi qısa və doğru bir cavab vermək mümkündür. Lakin bu yetərli tövsif olmayacaqdır. Bu səbəbdən də tarix elminin mahiyyəti haqqında bir neçə kəlmə söyləmək yerinə düşəcəkdir. Hər bir elmin tarixi olduğu kimi tarix elminin də tarixi vardır. Tarixə dair ilk yazılı əsərlər qədim Yunanıstanda meydana çıxmışdır. "Epos" adı verilən bu əsərlər "Loqoqraflar" tərəfindən qələmə alınırdı. Bu qəbildən olan tarixi əsərlər hekayəçi, rəvayətçi xarakterli əsərlər idi. Daha sonra öyrədici, praqmatik xarakterli tarixi əsərlər meydana çıxmağa başlamışdı ki, bu cür əsərlərin qələmə alınmasında məqsəd keçmişdə baş vermiş hadisələrdən dərs almaq, oxuyucuya əxlaqi və mənəvi duyğular aşılaya bilmək idi.
XIX əsrə gəlindiyində tarix elmi sahəsində ciddi irəliləyiş baş vermişdi. Tarixi hadisələrin sadə nəqli və praqmatik xüsusiyyətləri ilə yanaşı meydana gəlmə səbəbləri, bu səbəblərə təsir etmiş müxtəlif amillər, hadisələrin səbəb və nəticə əlaqələri araşdırılmağa başlanmışdı. İstənilən bir hadisənin tarixi hadisə sayılması üçün şübhəsiz həmin hadisənin insan fəaliyyəti nəticəsində meydana çıxmış olması mühümdür. Məsələn heyvan sürülərinin köçü və ya hər hansı bir təbii fəlakət tarix elminin araşdırma sahəsinə aid hadisə hesab olunmur. Digər tərəfdən insanın daim fəal, aktiv olduğunu nəzərə alaraq onun istənilən fəaliyyətinin də tarixi hadisə hesab olunması mümkün deyil. İnsanın və ya insan topluluğunun fəaliyyətinin tarixi hadisə hesab olunması üçün həmin fəaliyyətin cəmiyyət həyatına təsir etməsi əsas şərtdir.Məsələn bir bənnanın divar hörməsi tarixi hadisə deyilsə də bir memarın yeni inşaat üsulu icad etməsi tarixi hadisədir. Belə ki, bu icad nəticəsində şəhərsalma işində böyük bir həmlə edilmiş ola bilər.
Tarixi hadisələr mütləq mənada səbəb və nəticə baxımından bir-biri ilə əlaqəlidirlər. Tarixi hadisələrin inkişaf dinamikası baxımından determinik bir təşəkkül içində olduğu şübhəsizdir. Tarixçilər tarixi hadisələri mənbə materiallarına istinadən qələmə alarkən hər şeydən əvvəl həmin mənbə materiallarını təsnif etmə, onlara tənqidi yanaşma bacarığına, qabiliyyətinə malik olmalıdırlar. Hadisənin meydana gəldiyi coğrafi məkan və baş verdiyi zamanın tarixçi tərəfindən dəqiq müəyyənləşdirilməsi də həmin hadisəyə tarixi kimlik, qazandıran mümüh xüsuslardan biridir.Beləliklə, buraya qədər sadaladıqlarımızı aşağıdakı kimi xülasə etsək “tarix nədir?” sualını bu cür cavablandıra bilərik: “Tarix-insanların cəmiyyət həyatına təsir edən fəaliyyətləri nəticəsində meydana gəlmiş hadisələri, səbəb və nəticə əlaqələrini müəyyən edərək, mənbə materiallarının tənqidi təhlilinə əsaslanaraq, məkan və zaman bildirərək öyrənən ictimai elm sahəsidir”.
Nə Cahiliyyə dövrü Ərəb ədəbiyyatına aid nümunələrdə, nə də Qurani-Kərimdə “tarix” kəlməsinə rast gəlinmədiyi üçün bunun ərəbcədə alınma söz olduğu düşünülür. Tarix” qədim Semit sözüdür, mənası Ay (səma cismi - Yerin ətrafına dolanan Ay) deməkdir. Mahiyyətcə həyatda baş verən hadisələrin qeydə alınması, hesablanmasıdır. Xronologiya müəyyən etməkdir (ən qədimlərdə təqvimin əsasında Günəşin deyil, Ayın durduğu məlumdur). Məzmun cəhətdən hekayə söyləmək, anlatmaq mənasında işlənilmişdir.“Tarix” və “İlm əl-əxbar” (xəbərlər elmi) kəlmələri eyni mənanı daşımışlar. Tarix sözünün ilk dəfə Əl-Buxari (810-870) tərəfindən işlənildiyi ( nüfuzlu din xadimlərinin həyat hekayələri məcmuəsinə bu adı vermişdi), “İlm əl-əxbar” ifadəsinə əl Xarəzmidə (təqribən 780-850) rast gəlindiyi deyilir. Dilimizə ərəb mənşəli söz olaraq keçmiş “tarix” kəlməsi qaynağını sami dillərindəki “ərx” kökündən almaqdadır. Bu kəlmə akkad dilində “ərxu”, ibrani dilində isə “yərxu” olaraq səslənir və “ay” mənasını ifadə edirdi. Ərəb dilində bu kökün törəməsi “ay təqviminin hesablanması” və ya “xronologiya” anlamında (تاريخ) “tarix”, cəm formasında isə (تواريخ təvarix)olaraq səslənmişdir."Ərəb tarixinin atası" İbn Xəldun tarixlə əlaqədar 7 cildlik əsərinin 1-ci cildi olan məşhur "Müqəddimə"sində tarix elminin mahiyyətini, məqsədini və faydasını möhtəşəm bir şəkildə izah etmişdir. O elm aləmində məhşur "Müqəddimə" əsəri ilə tanınmışdır.
Historia – yunanca öyərənmək, araşdırmaq deməkdir. İlk dəfə Herodot (484-424) öz əsərinə bu adı vermişdi. Herodotdan başlayan və İbn Xəldun istisna olmaqla yeni Avropa dövrünə qədər yazılan tarixlər əsasən üç növ qaynaq üzərində qurulurdu: 1) səyahət edən hərbçilər, tacirlər və az saylı qələm sahiblərinin öz gözləri ilə gördükləri “tarixi” hadisələrin təsviri; 2) həmin yer və hadisələr haqqında daha əvvəl yazanların əsərləri; 3) tarixçinin görmədiyi yerlərdə baş verən hadisələr haqqında müxtəlif şəxslərin söylədikləri.
Tarix nədir?
sualına illərlə, əsrlərlə mütəffəkirlər müxtəlif təriflər vermiş, müxtəlif fikirlər söyləmişlər. Bu sualın tarixi tarix elminin keçmişi qədər qədimdir.![]() |
| Heredot-"Tarixin Atası". Avstriya, Vyana şəhəri |
Qədimdən bəri tarixçilər, mütəfəkkirlər bu sual ətrafında düşünüb mülahizələr yürütmüş, məsələyə müxtəlif aspektlərdən yanaşaraq cavab verməyə çalışmışdılar. Bu suala “tarix keçmişin elmidir” kimi qısa və doğru bir cavab vermək mümkündür. Lakin bu yetərli tövsif olmayacaqdır. Bu səbəbdən də tarix elminin mahiyyəti haqqında bir neçə kəlmə söyləmək yerinə düşəcəkdir. Hər bir elmin tarixi olduğu kimi tarix elminin də tarixi vardır. Tarixə dair ilk yazılı əsərlər qədim Yunanıstanda meydana çıxmışdır. "Epos" adı verilən bu əsərlər "Loqoqraflar" tərəfindən qələmə alınırdı. Bu qəbildən olan tarixi əsərlər hekayəçi, rəvayətçi xarakterli əsərlər idi. Daha sonra öyrədici, praqmatik xarakterli tarixi əsərlər meydana çıxmağa başlamışdı ki, bu cür əsərlərin qələmə alınmasında məqsəd keçmişdə baş vermiş hadisələrdən dərs almaq, oxuyucuya əxlaqi və mənəvi duyğular aşılaya bilmək idi.
XIX əsrə gəlindiyində tarix elmi sahəsində ciddi irəliləyiş baş vermişdi. Tarixi hadisələrin sadə nəqli və praqmatik xüsusiyyətləri ilə yanaşı meydana gəlmə səbəbləri, bu səbəblərə təsir etmiş müxtəlif amillər, hadisələrin səbəb və nəticə əlaqələri araşdırılmağa başlanmışdı. İstənilən bir hadisənin tarixi hadisə sayılması üçün şübhəsiz həmin hadisənin insan fəaliyyəti nəticəsində meydana çıxmış olması mühümdür. Məsələn heyvan sürülərinin köçü və ya hər hansı bir təbii fəlakət tarix elminin araşdırma sahəsinə aid hadisə hesab olunmur. Digər tərəfdən insanın daim fəal, aktiv olduğunu nəzərə alaraq onun istənilən fəaliyyətinin də tarixi hadisə hesab olunması mümkün deyil. İnsanın və ya insan topluluğunun fəaliyyətinin tarixi hadisə hesab olunması üçün həmin fəaliyyətin cəmiyyət həyatına təsir etməsi əsas şərtdir.Məsələn bir bənnanın divar hörməsi tarixi hadisə deyilsə də bir memarın yeni inşaat üsulu icad etməsi tarixi hadisədir. Belə ki, bu icad nəticəsində şəhərsalma işində böyük bir həmlə edilmiş ola bilər.
![]() |
| Qobustan Qaya Təsvirləri |
Nə Cahiliyyə dövrü Ərəb ədəbiyyatına aid nümunələrdə, nə də Qurani-Kərimdə “tarix” kəlməsinə rast gəlinmədiyi üçün bunun ərəbcədə alınma söz olduğu düşünülür. Tarix” qədim Semit sözüdür, mənası Ay (səma cismi - Yerin ətrafına dolanan Ay) deməkdir. Mahiyyətcə həyatda baş verən hadisələrin qeydə alınması, hesablanmasıdır. Xronologiya müəyyən etməkdir (ən qədimlərdə təqvimin əsasında Günəşin deyil, Ayın durduğu məlumdur). Məzmun cəhətdən hekayə söyləmək, anlatmaq mənasında işlənilmişdir.“Tarix” və “İlm əl-əxbar” (xəbərlər elmi) kəlmələri eyni mənanı daşımışlar. Tarix sözünün ilk dəfə Əl-Buxari (810-870) tərəfindən işlənildiyi ( nüfuzlu din xadimlərinin həyat hekayələri məcmuəsinə bu adı vermişdi), “İlm əl-əxbar” ifadəsinə əl Xarəzmidə (təqribən 780-850) rast gəlindiyi deyilir. Dilimizə ərəb mənşəli söz olaraq keçmiş “tarix” kəlməsi qaynağını sami dillərindəki “ərx” kökündən almaqdadır. Bu kəlmə akkad dilində “ərxu”, ibrani dilində isə “yərxu” olaraq səslənir və “ay” mənasını ifadə edirdi. Ərəb dilində bu kökün törəməsi “ay təqviminin hesablanması” və ya “xronologiya” anlamında (تاريخ) “tarix”, cəm formasında isə (تواريخ təvarix)olaraq səslənmişdir."Ərəb tarixinin atası" İbn Xəldun tarixlə əlaqədar 7 cildlik əsərinin 1-ci cildi olan məşhur "Müqəddimə"sində tarix elminin mahiyyətini, məqsədini və faydasını möhtəşəm bir şəkildə izah etmişdir. O elm aləmində məhşur "Müqəddimə" əsəri ilə tanınmışdır.
![]() |
| Qurani-Kərim |
https://az.wikipedia.org/wiki/Tarix
Tarix nədir, tarix sözünün mənşəyi
4/
5
Oleh
Unknown



